
“Çox xoşbəxtəm. 3 döyüşdür uduzurdum.
Öz vətənimdə, xalqımın qarşısında qalib gəldiyim üçün sevinirəm”.
Sportinfo.azxəbər verir ki, bunu Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev Bakı Kristal Zalında Çilidən olan İqnasio Baxamondes üzərində qələbə qazandığı qarşılaşma haqda deyib.
Fiziyev növbəti rəqibinin Den Huker olmasını istədiyini vurğulayıb : “O da Baxamondes kimi uzundur. Özümün boyu kiçik olsa da, hündürboyluya qarşı ilk dəfə deyil döyüşmürdüm”
O, plana uyğun döyüşdüyünü deyib: “Azarkeşlər məni çağırdıqları üçün onu mərkəzə, döyüşməyə dəvət etmək istəyirdim. Amma sonra öz-özümə düşündüm ki, öz planıma uyğun dalaşmalıyam. Azarkeşlərə qələbə bəxş etmək istəyirdim”.
Fiziyev atasının oktaqon küncündə olduğunu bildirib: “Qələbəyə görə mənə dadlı quzu kababı hazırlayacaq. Öz-özümə məğlub olduğum üç döyüşü sorğulayırdım. Bir həftədir Bakıdayam. Azarkeşlərlə görüşlər mənə əlavə motivasiya verirdi”.
O, döyüşdən sonra İlon Maskla bağlı dediklərinə aydınlıq gətirib: “Donald Tramp onu yanından qovub, bir az düşüşdədir. Onu da UFC-yə çəkib gətirmək olar (gülür)”.
Fiziyev Nazim Sadıxovun bonus almasını şərh edib: “Döyüşə çıxanda onu qələbəyə səslədim. Bonus almasına sevinirəm. Özüm qazanmadığım üçün az da olsa, təəssüflənirəm. Güman edirəm ki, növbəti döyüşümdə bunu bacararam”.