Bakıda qınağa tuş gəldi: “Bəli, qəzəblənirlər, bəli, suallar çoxdur, lakin..."

24 İyun 2025 03:30 Digər növlər 548
Bakıda qınağa tuş gəldi: “Bəli, qəzəblənirlər, bəli, suallar çoxdur, lakin..."

“Ultimate Fighting Championship”in (UFC) prezidenti Dana Uayt Bakıda rusiyalı döyüşçü Taqir Ulanbekovun qazaxıstanlı Azat Maksum üzərində qələbəsindən sonra azarkeşlərin hakimlərə qarşı narazılığına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, amerikalı sahibkar hakimlikdə problemlərin həmişə mövcud olduğunu vurğulayıb.

Dana Uayt Ulanbekovun hakimlərin yekdil qərarı ilə qalib gəldiyini deyib:

"Lakin qərarın səhv olduğu aşkar olunduqda, UFC daxilində uduzan tərəf qalib elan edilir.

Bəli, qazaxıstanlı azarkeşlər qəzəblənir, bəli, suallar çoxdur. Lakin hakimlik – bu, əbədi problemdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti