Sərt tənqid edildi: “Mən yuxulayıram”

03:50 Digər növlər 143
Sərt tənqid edildi: “Mən yuxulayıram”

Rusiyalı MMA döyüşçüsü, UFC-nin yarımağır çəkidə çempion Maqomed Ankalaev Bakıda keçirilən UFC turnirinin əsas döyüşünü sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı idmançı ABŞ-dan olan Xalil Rauntrinin həmyerlisi Camal Hilli hakimlərin yekdil qərarı ilə məğlub etməsinə münasibət bildirib.

“Mən yuxulayıram. Bu, karate deyil, pis idman ustalığıdır”, – deyə Ankalayev sosial şəbəkə hesabında yazıb.

Maqomed Ankalaev MMA-da 23 döyüş keçirib və 21 qələbə qazanıb. O, UFC-də çəki dərəcəsindən asılı olmayaraq, döyüşçülərin reytinqində 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!