"Həyat yoldaşımla bura barədə danışmışam"

03:20 Digər növlər 103
"Həyat yoldaşımla bura barədə danışmışam"

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt Bakıda keçirilmiş turnirlə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, mətbuat konfransında sualları cavablandırıb.

UFC prezidenti yarışda 14 mindən çox tamaşaçı olduğunu söyləyib:

"Bakı mükəmməldir. Şəhər çox gözəldir. İnsanlar qonaqpərvərdirlər.

Həyat yoldaşımla bura barədə danışmışam. Azərbaycandan çox gözəl hisslərlə qayıdacağam".

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu