"Bu dəfə də siz məndən sürpriz görəcəksiz”

19 İyun 2025 03:10 Digər növlər 842
"Bu dəfə də siz məndən sürpriz görəcəksiz”

Qırğızıstandan olan MMA döyüşçüsü Mıktıbek Orolbai Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, yarışa hazır olduğunu bildirib.

İdmançı azərbaycanlı rəqibi Tofiq Musayevlə qarşılaşmaya hazır olduğunu vurğulayıb:

"Bu dəfə də siz məndən sürpriz görəcəksiniz. Tofiq də yaxşı idmançıdır. İki aydır ki, bu görüşə hazırlaşıram".

O, sərt döyüşdən çəkinmədiyini sözlərinə əlavə edib: "Hamımız bunu birlikdə görəcəyik".

"UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM