"Azərbaycan çempionatı həmin mötəbər yarışlara hazırlıq xarakteri daşıyır"

14 Mart 03:20 Digər növlər 185
"Azərbaycan çempionatı həmin mötəbər yarışlara hazırlıq xarakteri daşıyır"

"Tamblinq növü son illər çox inkişaf edib".

Sportinfo.az xəbər verir ki, bunu idman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisinin məşqçisi Rahib Əliyev ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, idmançıların bütün gücləri ilə yarışacaqlarını bildirib:

“3 klubdan 33 gimnast mübarizə aparır. Onların hamısı Bakı təmsilçiləridir.

Məqsədimiz idmançıların bütün yarışlarda hərəkətlərini tam şəkildə icra etmələridir. Bildiyiniz kimi, qarşıda Avropa çempionatı var.

Böyüklərdən ibarət komandamızın üzvləri qitə birinciliyində çıxış edəcəklər. Daha sonra Qazaxıstanda beynəlxalq turnirə qatılacağıq.

Azərbaycan çempionatı da həmin mötəbər yarışlara hazırlıq xarakteri daşıyır. İdmançılarımızın Avropa çempionatına daha yaxşı vəziyyətdə yollanmalarına çalışırıq”.

Mütəxəssis Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində 6 medal qazanan Azərbaycan gimnastlarının çıxışını da yüksək qiymətləndirib:

“Krakovda idmançılarımız çox gözəl nəticələr əldə etdilər. Hər bir kateqoriyada medalımız oldu. Həmin yarışda da ən yaxşı gimnastlarımız çıxış edirdilər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!