Bakıdakı turnirdə iştirak edəcək Azərbaycan gimnastları - ADLAR

11 Mart 22:00 Digər növlər 217
Bakıdakı turnirdə iştirak edəcək Azərbaycan gimnastları - ADLAR

Martın 15-17-də Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarışda böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

Turnirin ilk iki günündə təsnifat, sonuncu gündə isə final mərhələsi keçiriləcək.

Yarışda Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən idmançılar qüvvələrini sınayacaqlar.

Böyüklər və gənclər arasında mübarizə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Burada yeniyetmələr də qüvvələrini sınayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!