Azərbaycan gimnastları Polşada altı medal qazandı

11 Mart 2024 01:30 Digər növlər 627
Azərbaycan gimnastları Polşada altı medal qazandı

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, milli komandanın heyətində tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələnib.

Batut gimnastikasında isə Fərhad Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirə bu gün - martın 10-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti