COP29

Qran-pridə ilk olaraq İsmayılova yarışdı - Azərbaycanlı atletlərdən

5 Dekabr 2023 01:30 Digər növlər 333
Qran-pridə ilk olaraq İsmayılova yarışdı - Azərbaycanlı atletlərdən

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri yarışına start verilib.

Sportinfo.az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Onlardan ilk olaraq Nazilə İsmayılova bu gün mübarizəyə qoşulub. O, 49 kq çəki dərəcəsinin C qrupunda çıxış edib.

İdmançımız toplam 143 (65+78) kq nəticə göstərib. İsmayılovanın yekun sıralamadakı yeri B və A qruplarında çıxışlar bitəndən sonra bilinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"