Bu lisenziyanı alanlar yalnız Azərbaycanda deyil... Qeydiyyat başladı!

12 Noyabr 2022 00:50 Digər növlər 342
Bu lisenziyanı alanlar yalnız Azərbaycanda deyil... Qeydiyyat başladı!

2023-cü ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün Marşal Qeydiyyatı Proqramına start verilib.

Sportinfo.az xəbər verir ki, yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər.

Yarışda marşal fəaliyyətini uğurla başa çatdırmış hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq.

Beynəlxalq lisenziya marşallara yalnız Azərbaycanda deyil, həmçinin, digər Qran Prilərə də qatılmaq hüququ verəcək.

Marşal Proqramı haqqında ətraflı məlumatı Bakı Marşal Klubunun rəsmi rəsmi "Facebook" səhifəsindən əldə etmək mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti