Azərbaycanın idman naziri təəssüflənir ki…

7 Sentyabr 2022 09:20 Digər növlər 731
Azərbaycanın idman naziri təəssüflənir ki…

"Təəssüf ki, gimnastika 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramından çıxarıldı".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri, Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov EG-nin rəsmi saytındakı şəxsi bloqunda yazıb.

III Avropa Oyunları gələn il 9 - 25 iyunda keçiriləcək. O, 2015-ci ildə Bakıda, 4 il sonra isə Belarusun paytaxtı Minskdə təşkil olunmuş analoji yarışda bu idman növü üzrə 6 hərəkətin proqrama salındığını xatırladıb:

"Hamımız bilirik ki, gimnastika müxtəlif elementləri özündə birləşdirən ən populyar olimpiya idman növlərindən biridir.

Ümid edirik ki, Avropa Olimpiya Komitələri və gələcək təşkilatçılar gimnastikanın daha orijinal və populyar olması üçün bu idman növünün Avropa Oyunlarının proqramına qaytarılması məsələsini nəzərdən keçirəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!