"Hədəf ondan ibarətdir ki, bu say bir az da artsın və ilk "5-lik"də qalaq"

16 Avqust 2022 23:20 Digər növlər 713
"Hədəf ondan ibarətdir ki, bu say bir az da artsın və ilk "5-lik"də qalaq"

"Azərbaycan nümayəndə heyəti bu gün Vətənə qayıtdı.

Böyük coşqu və sevinclə hava limanında qarşılanma oldu.

Fürsətdən istifadə edərək buna görə bütün mətbuat nümayəndələrinə və dostlara təşəkkürümü bildirirəm".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov deyib.

45 yaşlı mütəxəssis bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarından geri dönən nümayəndə heyətinin rəhbəri olaraq fikirlərini açıqlayıb:

"Bildiyiniz kimi, avqustun 18-dək keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 22 idman növü üzrə 281 idmançı ilə təmsil olunur.

Onun 173-ü bu gün Vətənə qayıtdı. Hazırda medal sıralamasında Azərbaycan 68 medalla ilk "4-lük"dədir.

Hədəf ondan ibarətdir ki, bu gün medalların sayı bir az da artsın və ilk "5-lik"də qalaq. İslamiadada yeni gənc nəsli yoxladıq. Eyni zamanda bir sıra təcrübəli idmançılar öz sözünü demiş oldu".

O bildirib ki, yarış bitdikdən sonra bütün nəticələr təhlil ediləcək, əyər-əksikliklər araşdırılacaq:

"Orada "Azərbaycan günü" keçirildi. Türkiyə meydan sahibi kimi Azərbaycan idmanı üçün maksimum şərait yaratdı.

Cənab Prezidentin, Mehriban xanım Əliyevanın Atletlər Kəndinə gəlib idmançılara dəstək nümayiş etdirməsi nəticələrimizdə öz təsirini göstərdi.

Zədəlilərimiz yoxdur. Bir çox yeni simalar üzə çıxdı. Bu gün kikboksinq kimi yeni idman növündə mübarizəyə bu gün start verilib.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyalar olaraq, bu yarışdan sonra təhlil aparmağa çalışacağıq".

Raqif Abbasov idman könüllüləri və mətbuat nümayəndələrinə də təşəkkürünü çatdırıb:

"Fürsətdən istifadə edib, Azərbaycandan Türkiyəyə gedən azarkeşlərə, orada yaşayan könüllülərə təşəkkür edirəm. Çünki onların dəstəyi bir çox oyunlarda xüsusi önəm kəsb etdi.

İdman mediasına təşəkkür edirəm ki, bütün nəticələr işıqlandırılırdı. İdmançılar da bundan ruhlanırdı".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı