“Heç bir halda yolumdan dönmərəm, mən heç yana getmirəm”

4 Avqust 2021 23:40 Digər növlər 953
“Heç bir halda yolumdan dönmərəm, mən heç yana getmirəm”

"Bunu qəbul etmək çox çətindir.

Ən çox üzüldüyüm isə mənə dəstək olanların, bütün Azərbaycan xalqının etimadını doğrulda bilməməyimdir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan atleti Nazim Babayev özünün şəxsi instaqram səhifəsində yazıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarında üç təkanla tullanma növündə finala yüksələ bilməyən idmançı ilk növbədə ona dəstək olan insanlara təşəkkür edib:

"Hər kəsə, ailəmə, dostlarıma, məşqçimə və bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm.

Bütün yazılan mesajları, xoş sözləri gorürəm və sizə dəstəyinizə görə hədsiz dərəcədə minnətdaram".

Nazim olimpiadada 32 idmançı arasında 15-ci yeri tutub. Karyerasının ikinci olimpiadasının geridə qaldığını söyləyən Babayev çıxışının uğurlu olmadığını vurğulayıb:

"4 ay müddətində ardıcıl zədələr, uzun müddət yarışlarda çıxış edə bilməməyim və s. uğursuzluğa təsir etdi.

Amma içimdəki hiss məni heç bir halda təslim olmağa qoymaz! Heç bir halda yolumdan dönmərəm. Bu, hələ son deyil. Mən heç yana getmirəm.

Bir az istirahətdən sonra yeni mövsümə hazırlıq başlayacaq. Qarşıdakı 3 il müddətində var gücümlə çalışacağam və biz sizinlə Parisdəki olimpya oyunlarında görüşəcəyik .Mümkündür".

Atlet sonda Azərbaycanı Tokio olimpiadasında təmsil etdiyi üçün həqiqətən qürur duyduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var