Baş katib vəzifəsinə təyinat oldu: Gimnastika Federasiyasında

26 Yanvar 2021 10:40 Digər növlər 702
Baş katib vəzifəsinə təyinat oldu: Gimnastika Federasiyasında

Nurlana Məmmədzadə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsinə təyin olunub.

Sportinffo.az xəbər verir ki, bu barədə AGF-in İcra Komitəsinin sayca 37-ci iclasında qərar qəbul olunub.

Federasiyanın İntizam Komitəsinin üzvləri Nazim Rəcəbov və Aytac Qasımova müvafiq olaraq həmin komissiyanın sədri və üzvlüyünə yenidən təyinat alıblar. Namiq Əliyevin isə ilk dəfə olaraq həmin komissiyanın üzvü olması qərara alınıb.

Elşad Nərimanov AGF-nin Veteranlar Şurasının sədri seçilib. Uzun illər həmin şuranın sədri olmuş Arif Quliyev isə fəxri prezident seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM