Azərbaycan yığmasının üzvlərindən Ramazan mesajı - VİDEO

8 May 2020 09:28 Cüdo 534
Azərbaycan yığmasının üzvlərindən Ramazan mesajı - VİDEO

Azərbaycan cüdosunun tanınmış simaları müsəlmanların mübarək Ramazan ayı münasibətilə fikirlərini səsləndiriblər.

Sportinfo.az-ın Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, federasiyanın mətbuat xidməti tərəfindən hazırlanan videoçarxda olimpiya çempionları, dünya və Avropa çempionları, mötəbər yarışların qalibləri yer alıblar.

Bu cüdoçular arasında olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, dünya çempionu, millinin məşqçisi Elxan Məmmədov, Rio Olimpiadasının gümüş medalçıları - Rüstəm Orucov, Elmar Qasımov, Avropa çempionu Hidayət Heydərov, dünya və Avropa birinciliklərinin mükafatçıları - Nicat Şıxəlizadə, Orxan Səfərov, Məmmədəli Mehdiyev, milli komandanın üzvləri - Kəramət Hüseynov, Leylа Əliyevа, Aişə Qurbanlı, Gültac Məmmədəliyeva, Aytac Qardaşxanlı, Səbinə Əliyeva, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov və Paralimpiya Yay Oyunlarının ikiqat qalibi İlham Zəkiyev bir-birinin ardınca təbrik mesajları yayımlayıblar.

Cüdoçularımız Azərbaycan xalqına sağlıq, hüzur və xoşbəxtlik içərisində bir Ramazan ayı keçirmələrini diləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!