Dünya çempionatının ilk gününün yarımfinalçıları bilindi

20 Sentyabr 2018 17:00 Cüdo 630
Dünya çempionatının ilk gününün yarımfinalçıları bilindi

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının ilk gününün yarımfinalçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 129 ölkədən 800-dən çox cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 60 kiloqram çəki dərəcəsində finala gedən yolda gürcüstanlı Amiran Papinaşvili Rusiya təmsilçisi Robert Mşvidobadze ilə, yaponiyalı idmançılar - Naohisa Takato və Ryuju Naqayama üz-üzə gələcəklər.

Qadınlar arasında 48 kiloqram çəkidə yarımfinal mərhələsində ukraynalı Daria Bilodid argentinalı Paula Pareto ilə, Yaponiya təmsilçisi Funa Tonaki isə Monqolustan idmançısı Urantsetseq Munxbat ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?