Bakıda keçiriləcək DÇ 190-dan çox ölkəyə yayımlanacaq

19 Sentyabr 2018 12:36 Cüdo 514
Bakıda keçiriləcək DÇ 190-dan çox ölkəyə yayımlanacaq

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq.

Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq. 86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək.

Azərbaycan ərazisində nüfuzlu yarış AZTV (İdman Azərbaycan) və CBC Sport telekanalları vasitəsilə yayımlanacaq. Dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!