Almaniyalı: “Bakıda yenidən dünya çempionu olmağa çalışacam”

18 Sentyabr 2018 18:12 Cüdo 473
Almaniyalı: “Bakıda yenidən dünya çempionu olmağa çalışacam”

“Dünya çempionatının startını səbrsizliklə gözləyirəm.

Yarışa çox yaxşı hazırlaşmışam, bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Viçerzak “Bakı 2015” I Avropa Oyunlarının bürünc medalçısıdır. Ötən il Macarıstanın paytaxtı Budapeştdəki mundialda 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkrarlamağa çalışacağını söyləyib.

Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb. Baxmayaraq ki, onun çəkisində yerli cüdoçu yer almayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?