Millimizin üzvləri bir də bu pulu nə vaxt qazanacaq?

18 Sentyabr 2018 14:48 Cüdo 719
Millimizin üzvləri bir də bu pulu nə vaxt qazanacaq?

Sentyabrın 20-dən 27-dək Milli Gimnastika Arenasında təşkil olunacaq güləş üzrə dünya çempionatının mükafat fondu açıqlanıb.

Rekord sayda iştirakçısı olacaq mundialın mükafat fondu da yeni rekord sayıla bilər.

Çünki əvvəlki mundiallarda ilk 3 yeri tutanlara ümumilikdə 800 min avro mükafat verilməyib. Bu da təxminən 1,6 milyon manat deməkdi.

Sportinfo.az xəbər verir ki, dünya çempionu 20800, məşqçisi 5200 avro əldə edəcək.

Finalda məğlub olan 12000 avroyla təsəlli tapacaqsa, məşqçisi 3000 avro irəli düşəcək. Bürünc medal qazanan idmançı isə Bakıdan 6400, məşqçisi 1600 avro ilə ayrılacaq.

Müqayisə etsək, ötən il Mərakeşdə keçirilən açıq dünya çempionatında mükafat fondu 500 min avro olmuşdu. 4 il əvvəl Rusiyada baş tutan mundialda isə fondun büdcəsi cəmi 300 min dollar təşkil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!