Azərbaycanın gənc cüdoçusu Bolqarıstanda bürünc medal qazandı

17 Sentyabr 2018 11:24 Cüdo 575
Azərbaycanın gənc cüdoçusu Bolqarıstanda bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyinin ikinci günü milli komanda aktivinə daha bir medal yazdırıb.

Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən Murad Fətiyev mötəbər yarışın bürünc medalına sahib olub.

Brinciliyin ilk günü Tofiq Məmmədov (60 kq) qızıl, Rövşən Əliyev (55 kq) gümüş, Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!