Azərbaycan cüdoçusu gənclərin Avropa çempionatında qızıl medal qazandı

14 Sentyabr 2018 08:00 Cüdo 476
Azərbaycan cüdoçusu gənclərin Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada gənclərin Avropa birinciliyinin ilk günündə 4 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub. 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev birinciliyin gümüş medalına yiyələnib.

Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar. 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?