"Bakıda konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm”

11 Sentyabr 2018 08:36 Cüdo 533
"Bakıda konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm”

“Cüdoçularımız xeyli vaxtdır bu yarışa hazırlaşırlar.

Onlar texniki və taktiki baxımdan çox yaxşı toplanış keçiblər, hər birinin məqsədi dünya çempionatında medal qazanmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu İspaniya Cüdo Federasiyasının idman direktoru Sara Alvarez Menendez Bakıda keçiriləcək dünya çempionatı haqqında danışarkən deyib.

Dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq. O, bütün çəki dərəcələrində medal qazanmağa çalışacaqlarını vurğulayıb:

“Bu, çətin olsa da, mümkünsüz deyil. Hər bir ispaniyalı cüdoçu mənim sevimlimdir. Ona görə də konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm”.

Federasiya rəsmisi Azərbaycan cüdoçuları barədə müsbət fikirdə olduğunu və Bakıda əla təşkilatçılıq gözlədiyini söyləyib:

“Azərbaycan cüdoçularının əksəriyyəti güclü və əməksevərdirlər. Digər dünya çempionatlarında olduğu kimi, Bakıda da əla təşkilatçılıq gözəyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?