“Əgər Ermənistan yığması Azərbaycana getməsə, bu...",

9 Sentyabr 2018 13:07 Cüdo 789
“Əgər Ermənistan yığması Azərbaycana getməsə, bu...",

Avropa Cüdo İttifaqı (EJU) ümidvardır ki, Ermənistan yığma komandası fikrini dəyişəcək və Bakıdakı dünya çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bunu EJU prezidenti Sergey Soloveyçik deyib.

“Ermənistan yığması Azərbaycana getməsə, bu, hamımız üçün geriyə addım olacaq. Cüdo birləşmək üçün meydançadı, biz həmişə mübarizə aparmışıq və aparırıq ki, idmançılar siyasətdən kənar olsunlar.

İrəvanda da Avropa çempionatı keçirmişik və hər şey edilmişdi ki, azərbaycanlı idmançılar orada iştirak etsinlər. Himn də çalındı, bayraq da qaldırıldı, eynilə həmin şey Bakıda da olmuşdu.

Avropa Oyunlarını yadınıza salın. Düşünürəm ki, vəziyyəti yoluna qoymaq mümkün olacaq, halbuki vaxt çox azdır”, - Soloveyçik qeyd edib.

Azərbaycan Beynəlxalq Cüdo Federasiyasının (IJF) bütün üzvlərinə, o cümlədən Ermənistana təhlükəsizlik zəmanəti verib və bu barədə ölkəmizin hökuməti adından ünvanlanmış məktubda bildirilir.

Lakin Ermənistan Gənclər Nazirliyi yalan bəyanatla çıxış edərək bildirib ki, belə zəmanət almayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?