Ermənivari bəhanə - VİDEO

8 Sentyabr 2018 13:12 Cüdo 619
Ermənivari bəhanə - VİDEO

Sportinfo.az xəbər verir ki, Ermənistan Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak etməyəcək.

Səbəb isə sadədir Ermənistan tərəfi iştirak üçün zəruri olan sifariş ərizəsini Beynəlxalq Cüdo Federasiyasına təqdim etməyib.

Hələ bu azmış kimi, ermənilər Beynəlxalq Federasiyanın prezidenti Marius Vizerdən vasitəçi olmağı və guya Azərbaycan tərəfindən təhlükəsizliyə zəmanət məktubunun alınmasında köməklik göstərməsini istəyiblər.

Yəqin ermənilər Bakıda keçirilmiş ilk Avropa oyunlarına gəldiklərini unudublar. O zaman paytaxtımıza 18 erməni idmançı gəlmişdi və onlar arasında cüdoçular da vardı.

Özü də həmin yarışdan qayıdan erməni idmançı Karapet Çalyan Azərbaycanda gördüyü münasibətdən ağzıdolusu danışmışdı. Hələ o vaxt ermənilər anlamışdı ki, Azərbaycan siyasətlə idman arasındakı hüdudları gözəl bilir və qoruyur.

O başqa söhbətin mövzusudur ki, ermənilər cüdo üzrə dünya çempionatında iddiasızdır və Bakı tatamisində biabır olacaqlarını gec də olsa anlayıblar.

Ümumiyyətlə təhlükəsizliyə zəmanət məktubu nəinki Ermənistan, ümumilikdə bütün iştirakçı ölkələrə göndərilir. Bura Bakıya 7 dünya çempionu ilə gələn Yaponiya millisi də, ippon vəziyyətində olan Ermənistan komandası da daxildir.

Azərbaycan Cüdo Federasiyasından da bildirildi ki, Ermənistan tərəfi əvvəldən yarışda iştirak etmək marağında olmayıb.

Bütün hallarda Ermənistan komandasının dünya çempionatına qatılmaması heç nəyi dəyişməyəcək və Azərbaycan rekord sayda cüdoçunun qatılacağı mundiala ev sahibliyi edəcək.

Amma ermənilər Bakıya gəlməməklə çox şey itirdi. Onlar ən azından 2009-cu ildə İrəvanda Avropa çempionu olmuş cüdoçu Elmar Qasımovu yenidən görə bilərdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!