MİLLİDƏ QALMAQAL! Baş məşqçı əlbəyaxa olduğu köməkçısini qovdu

4 Sentyabr 2018 17:24 Cüdo 937
MİLLİDƏ QALMAQAL! Baş məşqçı əlbəyaxa olduğu köməkçısini qovdu

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına az vaxt qalıb.

Bildiyiniz kimi, yığmamızın heyyəti də artıq bəllidi, lakin baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında keçən hazırlıq heçdə ürəkaçan deyil.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssisin hazırlıq metodları ilə razılaşmayan köməkçisi Azər Şixəliyev onunla az qala əlbəyaxa davaya çıxıb və nətıcədə federasiya rəhbərliyi cüdomuzun tanınmış mütəxəssisini millidən kənarlaşdırıb.

Azər Şixəliyev 2012-ci ildən milıi komandada məşqçisi kimi çalışırdı. O, Azərbaycanın əməkdar məşqçisidi.

2 ay əvvəl Ruslan Maşurenkonun digər köməkçisi, əməkdar məşqçi Fərhad Məmmədov işdən azad edilib.

Onunda işdən azad edilməsi əcnəbi məşqçinin iş prinsipləri ilə razı olmaması idi. Hazırda Maşurenkonun iki köməkçisi qalıb - Nazim Hüseynov və Mehman Əzizov. Hələ ki...

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!