"Hədəf Bakıda qazanmaqdı”

3 Sentyabr 2018 17:12 Cüdo 722
"Hədəf Bakıda qazanmaqdı”

“Dünya çempionatı üçün hazırlıq plana uyğun şəkildə davam edir.

Heç bir idmançımız zədəli deyi, hədəfimiz Bakıda 2 medal qazanmaqdı”.

Sportinfo.az xəbər verir ki, bunu İsveç Cüdo Federasiyasının baş katibi Erik Vesterlund Bakıda keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

O bildirib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində çıxış edən Tommi Masias və qadınların mübarizəsində 70 kq çəkidə yarışdan Anna Bernholmdan medal gözləyirlər.

O, dünya çempionatının yüksək təşkilatçılıq şəraitində keçəcəyinə əminlik ifadə edib: “Komandamız rəqiblər haqda lazımı məlumatlara malikdir. Bakıda yarışda ən yaxşı təşkilatçılıq gözləyirik”.

Cüdo üzrə dünya çempionatı sentyabr;n 20 - 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!