Azərbaycan cüdoçuları dünya çempionatına Hollandiyada hazırlaşır

31 Avqust 2018 00:20 Cüdo 565
Azərbaycan cüdoçuları dünya çempionatına Hollandiyada hazırlaşır

Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan Azərbaycan cüdoçuları Hollandiyanın Arnem şəhərində Beynəlxalq Təlim-Məşq toplanışında iştirak edir.

Sportinfo.az xəbər verir ki, yığma "Papendal" milli təlim mərkəzində hazırlıq prosesi keçir.

Toplanışda Azərbaycan yığması ilə yanaşı, 37 ölkədən 500-dən çox idmançı qatılıb. Buradakı toplanış Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Hollandiyadakı hazırlıq prosesinə olimpiya çempionları - kosovolu Maylinda Kelmendi və sloveniyalı Tina Trstenyak, dünya çempionu - fransalı Klariss Aqbenyonu, dünya reytinqində ilk pillələrdə qərarlaşan gürcüstanlı Quram Tuşişvili və Varlam Liparteliani də qatılıb.

Toplanışda Gürcüstan, Kosovo, Böyük Britaniya, Danimarka, Belçika, Sloveniya və Almaniya milliləri də iştirak edir. Milli Gimnastika Arenasında təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?