Bakıdakı DÇ-nın açılış mərasimində Al Bano oxuyacaq

28 Avqust 2018 16:36 Cüdo 544
Bakıdakı DÇ-nın açılış mərasimində Al Bano oxuyacaq

Məşhur italyan müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.

Sportinfo.az xəbər verir ki, 75 yaşlı sənətçi Azərbaycana Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə gələcək.

O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.

Daha çox “Felicita” mahnısının ifaçısı kimi tanınan Al Bano ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və yarım saatlıq konsert proqram ilə çıxış edib.

Bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb. Al Bano Karrizi 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.

Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda keçiriləcək. Yarış üçün biletləri "Asan Xidmət" mərkəzləri, şəhərin bütün kassaları, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1 manat və 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün 2 manat və 10 manat, VİP yerlərə isə 50 manatdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!