Elmar Qasımov Belarusda çempion oldu

20 Avqust 2018 00:00 Cüdo 592
Elmar Qasımov Belarusda çempion oldu

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üç rəngli bayrağımız qaldırılıb.

40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?