Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazandı

19 Avqust 2018 10:57 Cüdo 507
Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazandı

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatı keçirilir.

Sportinfo.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq turnirin ilk günündə cüdoçumuz medal qazanıb.

48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı Minsk turnirinin bürünc medalını qazanıb. Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Leyla Əliyeva isə 5-ci olub.

40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!