Bakıda keçiriləcək dünya çempionatının biletləri satışa çıxarıldı

16 Avqust 2018 20:12 Cüdo 560
Bakıda keçiriləcək dünya çempionatının biletləri satışa çıxarıldı

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarış üçün biletləri "Asan Xidmət" mərkəzləri, şəhərin bütün kassaları, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, səhər yarışları üçün 1 manat və 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün 2 manat və 10 manat, VİP yerlərə isə 50 manatdır.

Dünya çempionatında 150-dək ölkə təmsil olunacaq. Sentyabrın 20-də keçiriləcək açılış mərasimi saat 15:00-da başlanacaq. Yarış bir həftə davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?