Azərbaycan cüdoçusu Avropa kuboku yarışında qızıl medal qazandı

29 İyul 2018 00:10 Cüdo 533
Azərbaycan cüdoçusu Avropa kuboku yarışında qızıl medal qazandı

Almaniyanın paytaxtı Berlində gənclərin Avropa kuboku yarışı keçirilir.

Azərbaycan Cüdo Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, yarışın ilk günü cüdoçularımız 3 medal əldə ediblər.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tofiq Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub. Digər təmsilçilərimiz Rövşən Əliyev (55 kq) və Hasil Cəfərov (73 kq) isə bürünc medal qazanıblar.

38 ölkədən 535 (323 oğlan, 212 qız) cüdoçunun qüvvəsini sınadığı qitə yarışında Azərbaycan millisi 18 (12 oğlan, 6 qız) cüdoçu ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!