Praqada gümüş medal qazandıq

23 İyul 2018 08:00 Cüdo 538
Praqada gümüş medal qazandıq

Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa Kubokunun gümüş medalına sahi olub.

Bununla da, cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.

39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!