Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxdı - VİDEO

22 İyul 2018 11:23 Cüdo 652
Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxdı - VİDEO

Cüdo üzrə ölkə birinciliyinin 55 kq çəki dərəcəsində keçirilmiş finalında maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” İdman Klubunun üzvü Balabəy Ağayev “Qəbələ” idmançısı Rövşən Əliyevlə matça qadın cüdoçu kimonosu ilə çıxıb.

Belə ki, o, tatamidə arxasına “K.Hüseynova” yazılmış forma ilə mübarizə aparıb. Ağayev bunun üçün həmin sözlərin üstünü örtən lent yapışdırıb. Lakin onun etdiyi fəndlərin birində lentin bir hissəsi açılıb.

Buna görə hakim həmin lenti açaraq cibinə qoyub. Nəticədə Balabəy döyüşün qalan hissəsində qadın adı yazılmış formada mübarizə aparmalı olub. Sonda o, rəqibinə qalib gələrək ölkə çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!