Gənc cüdoçularımız 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başladı

22 İyul 2018 00:40 Cüdo 529
Gənc cüdoçularımız 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başladı

Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışı keçirilir.

Sportinfo.az xəbər verir ki, mötəbər turnirin ilk günü millimiz üçün uğurlu olub.

Belə ki, təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Rövşən Əliyev (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) Avropa Kubokunun gümüş medallarına yiyələniblər. Tofiq Məmmədov (60 kq), Nurlan Osmanov (66 kq), Ramilə Əliyeva (44 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.

Bununla da, millimiz Avropa Kuboku yarışının birinci günündə medalların əyarına və sayına görə ilk pillədə qərarlaşıb.

39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!