Azərbaycan millisi Avropa çempionatında 5-ci yeri tutdu

19 İyul 2018 16:00 Cüdo 489
Azərbaycan millisi Avropa çempionatında 5-ci yeri tutdu

Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatı keçirilib.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 21 ölkənin mübarizə apardığı çempionatda millimiz də iştirak edib.

Qrup mərhələsində Polşaya qalib gələn yığma ikinci qarşılaşmasında Hollandiyaya məğlub olub. Rumıniya komandasına qalib gələn cüdo millimiz təsəlliverici görüşdə Avstriya yığmasına uduzub.

Azərbaycan cüdoçuları bürünc medal uğrunda Rusiya səddini keçə bilməyib. Almaniyanın birinci, Hollandiyanın ikinci, Rusiya və Ukraynanın üçüncü olduğu çempionatı yığma komanda beşinci yerdə başa vurub.

Sentyabr ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı milli komandanın aparıcı üzvləri bu turnirdə iştirak etməyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?