Azərbaycan millisi Almaniyada Avropa kubokunun qalibi oldu

16 İyul 2018 00:40 Cüdo 569
Azərbaycan millisi Almaniyada Avropa kubokunun qalibi oldu

Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu olub.

Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

+100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.

Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?