Bakı açıq birinciliyi bitdi

20 Yanvar 2018 12:48 Cüdo 612
Bakı açıq birinciliyi bitdi

"Sərhədçi" İdman Olimpiya Kompleksində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub.

Sportinfo,az xəbər verir ki, turnirin sonuncu günündə 5 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.

Fuad Abbasov (60 kq), Sabir İsmayılov (73 kq), Fariz Ağayev (90 kq), Elvin Abbasov (100 kq) və Camal Feyziyev (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

İki gün davam edən Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi