Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı oldu

11 Yanvar 2018 17:36 Cüdo 589
Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı oldu

Azərbaycan Cüdo Federasiyasının (ACF) Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub.

Sportinfo.az xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Masallı rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Cənub bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi