Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş turnir

8 Dekabr 2017 19:12 Cüdo 637
Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş turnir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 6-cı respublika turniri start götürüb.

Sportinfo.az Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, ACF, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.

39 komandadan 563 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi