Qəbələdə oldu, indi Bakıda, noyabrın 12-də Gəncədə keçiriləcək.

11 Noyabr 2017 18:00 Cüdo 629
Qəbələdə oldu, indi Bakıda, noyabrın 12-də Gəncədə keçiriləcək.

Qəbələdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, seminar federasiya tərəfindən Qəbələyə ezam olunmuş Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən aparılıb.

Seminarda məşqçi və hakimlərlə yanaşı Şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak edib. Fariz Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib.

Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb. Növbəti seminarlar noyabrın 11-də Bakıda, noyabrın 12-də isə Gəncədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!