Podqoritsada bürünc medal

11 Noyabr 2017 17:48 Cüdo 604
Podqoritsada bürünc medal

Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Kəramət Hüseynov yarışın ilk günündə tatamı üzərinə çıxıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançımız keçirdiyi 4 görüşdən üçündə qalib gələrək yarışı bürünc medalla başa vurub.

İlk iki görüşündə Gürcüstan təmsilçisi İrakli Kupatadze və ukraynalı Artyom Lesyuka qalib gələn cüdoçumuz yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Qamzat Zairbekovla qarşılaşan Hüseynov tatamidən məğlub ayrılıb.

Bürünc medal uğrunda qarşılaşmada hollandiyalı Tibo Vollemana qalib gələn idmançımız Avropa çempionatını fəxri kürsünün 3-cü pilləsində başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi