Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə"də qazandı

27 Oktyabr 2017 19:36 Cüdo 715
Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə"də qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirində Azərbaycan milli komandası daha bir medal qazanıb.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə Rüstəm Orucov bürünc medala sahib olub. Orucov mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

26 yaşlı idmançı ardıcıl olaraq, braziliyalı Aleks Pombo Silva və ABŞ təmsilçisi Nikolas Delpopolonu mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Musa Moquşkova uduzub.

Orucov təsəlliverici görüşlərdə isə daha bir rusiyalı Denis Yartsevlə belçikalı Dirk van Tiçelti üstələyərək bürünc medalla kifayətlənib.

Bu, Azərbaycanın "Böyük Dəbilqə"də ikinci medalı olub. Ötən gün Nicat Şıxəlizadə (66 kq) gümüş medala yiyələnib.

Bu gün Azərbaycanın tatamiyə çıxan digər təmsilçisi Naim Hüseynov (81 kq) ilk görüşdəcə rusiyalı Alan Xubetsova uduzaraq mübarizəni dayandırıb. "Böyük Dəbilqə"yə oktyabrın 29-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!