Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında dünya birinciliyindən qayıdan Azərbaycan cüdoçuları sualları cavablandırıb.
Qızların mübarizəsində bürünc medal əldə edən Nəzakət Əzizova bildirib ki, Avropa çempionatında əsas məqsədi finala çıxmaqdan ibarət olub.
Sportinfo.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda yaponiyalı rəqibinə öz səhvindən uduzduğunu söyləyib:
“Onu uda bilərdim. Yenə də, sevinirəm ki, 3-cü yeri tutdum. Çox əzmkarlıq etdim. İlk görüşüm və yaponiyalı ilə qarşılaşmam ən çətin oldu. Əslində ilk rəqibimi dünya çempionatında daha erkən məğlub etmişdim. Bu dəfə bir az çətinlik oldu.
Qarşıdan Avropa çempionatı gəlir. Abu Dabiyə - “Böyük Dəbilqə” turnirinə gedəcəm. Əziyyəti olan bütün müəllimlərə və federasiya əməkdaşlarıma təşəkkürümü bildirirəm”.

