"Artıq deyə bilərəm ki, burda ən güclülərdən biri mən olacam”

24 Oktyabr 2017 09:12 Cüdo 595
"Artıq deyə bilərəm ki, burda ən güclülərdən biri mən olacam”

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında dünya birinciliyindən qayıdan Azərbaycan cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıblar.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində qızıl medal qazanan Hidayət Heydərov böyülər arasında yarışların gənclərin turnirindən fərqləndiyini söyləyib.

Onun sözlərinə görə, böyüklər başqa tempdə güləşirlər: “Hər iki yarışda məqsəd çempionluq idi. Düzdür, böyüklərdə cüzi səhvlərə görə alınmadı. Amma gənclər arasında çempion oldum. Digər görüşlərdə də rəqiblərimi üstələdim.

Ən çətin görüşüm ilk cəhddəcə yaponiyalı cüdoçu ilə oldu. Cüdonun şahı yaponlardır. Bu, elə görüş idi ki, uduzsam, mübarizəni dayandırır və medalsız qalırdım. Qalib gələn davam edəcəkdi. Nəticədə qalib oldum.

Gürcü ilə yarımfinal döyüşüm də çətin alındı. Son görüşümdə isə türkiyəli rəqibimi yendim. Bu il böyüklər arasında da Avropa çempionu olmuşdum. Artıq deyə bilərəm ki, 73 kq çəkidə ən güclülərdən biri mən olacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!