Azərbaycan dünya çempionatını 2 medalla başa vurdu

9 Oktyabr 2021 18:40 Cüdo 1 598
Azərbaycan dünya çempionatını 2 medalla başa vurdu

Azərbaycan cüdoçuları İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, yarışın dördüncü günündə qadınların mübarizəsində Nərmin Əmirli qüvvəsini sınayıb

Lakin startdaca Kanada təmsilçisi Korali Qodbuta uduzan idmançı yarışla erkən vidalaşıb.

Beləliklə, Azərbaycan yığması dünya çempionatını 2 medalla başa vurub. Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev isə (81 kq) bürünc medal qazanıb.

Yarışa oktyabrın 10-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti