Hidayət ippona düşdü - 2 qələbə, 2 məğlubiyyət

6 May 2021 16:20 Cüdo 658
Hidayət ippona düşdü - 2 qələbə, 2 məğlubiyyət

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxacaq.

Kişilər
73 kq

1/32 finaldan mübarizəyə başlayan Nurlan Osmanovun yunanıstanlı Georgios Azoidis yarışdan kənarlaşdırıb. O, ikinci görüşündə Fabio Basileni (İtaliya) sınağa çəkəcək.

Rəşad Məmmədəliyev yarışa 1/16 finaldan start verib. Maxmadbek Maxmadbekovla (Rusiya) qarşılaşan idmançı uduzub.

81 kq
Hidayət Heydərov mübarizəyə 1/32 finalda başlayıb. Qırğızıstan təmsilçisi Asad Masabirovu sınağa çəkən həmyerlimiz məğlub olub.

İlk görüşünü 1/16 finalda keçirən Murad Fətiyev isə qabonlu Terens Kuamba ilə qarşılaşıb. O, komanda yoldaşından fərqli qələbə qazanıb. İdmançımız 1/8 finalda Həsən Halmurzayevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Turnirə 10 nəfərlə qatılan millimizin ilk yarış günündə qüvvəsini sınayan 5 idmançısından heç biri medal qazanmayıb.

Kişilər
60 kq

Davud Məmmədsoy 1/16 finaldan mübarizəyə başlayıb. Startda rusiyalı Albert Oğuzovla qarşılaşan həmyerlimiz qələbə qazanıb. O, 1/8 finalda David Pulkrabeki (Çexiya) sınağa çəkib və məğlubiyyətə üzülüb.

66 kq
1/32 finaldan yarışa start verən Elçin Hüseynovun rəqibi Karmine Maria Di Loreto (İtaliya) olub. Təmsilçimiz qalib gələrək mərhələ adlayıb. Hüseynov 1/16 finalda qazaxıstanlı Yerlan Serikjanovla münasibətinə aydınlıq gətirib və tatamidən qalib ayrılıb.

O, 1/8 finalda Xuan Postiqosla (Peru) qarşılaşıb. Uğurlu seriyasını davam etdirən Elçin bu dueli də qazanıb. Cüdoçumuz 1/4 finalda rusiyalı Murad Çopanovla üz-üzə gəlib. Təəssüf ki, bu dəfə rəqib güclü olub.

Hüseynov təsəlliverici görüşdə digər rusiyalı, erməni əsilli Aram Qriqoryanla mübarizə aparıb. Bürünc medal uğrunda döyüşə rəqib vəsiqə qazanıb.

Qadınlar
48 kq

Leyla Əliyeva ilk qarşılaşmasın fransalı Melani Vieunu mübarizədən kənarlaşdırıb. 1/8 finalda Funa Tonaki (Yaponiya) ilə güləşən cüdoçumuz uduzub.

Aişə Qurbanlı da 1/16 finalda almaniyalı Katarina Mensə gücünü göstərib. İdmançımız növbəti görüşündə İrina Xubulova (Rusiya) ilə qüvvəsini sınayıb və rəqib mərhələ adlayıb.

52 kq
Gültac Məmmədəliyeva da ilk qarşılaşmasını 1/16 finalda keçirib. Meksikalı Lus Olveyradan üstün olan cüdoçu ardınca fransalı Astrid Qneto ilə mübarizə aparıb. Döyüş rəqibin aktivinə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti