“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messi hüzn içində

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messi hüzn içində

2026-cı il dünya çempionatının dramatik finalında İspaniyaya uduzan Argentina millisinin kapitanı Lionel Messi şəxsi instaqram hesabında duyğusal paylaşım edib.

Sportinfo.az xəbər verir ki, əfsanəvi hücumçu turnir boyu onlara dəstək olan hər kəsə təşəkkür edərək məğlubiyyətin acısını gizlətməyib:

“Ağrı çox güclüdür və bu yaranı sağaltmaq mənə asan olmayacaq. Lakin bununla yanaşı, yaddaşımda bütün gözəl məqamları da saxlayacağam.

Meydanda bütün gücümüzü qoyaraq inanılmaz geri dönüşlər etdiyimiz o matçlar həmişəlik xatirəmdə qalacaq.

Bütün ölkənin dəstəyi, həmçinin bu komandanın əməyi və fədakarlığı bizə yenidən dünyanın ən yaxşı millilərindən biri olmağa kömək etdi”.

Xatırladaq ki, DÇ-2026-nın həlledici final görüşündə İspaniya yığması Argentinanı əlavə vaxtda vurulan tək qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Finaldakı ağır məğlubiyyətdən sarsılan Messinin matçdan sonra komanda ilə birlikdə Argentinaya uçmaqdan imtina etdiyi barədə də xəbərlər yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!