Dörd futbolçuya xəbərdarlıq - “Qarabağ”la oyundan əvvəl

20:40 Qəbələ 119
Dörd futbolçuya xəbərdarlıq - “Qarabağ”la oyundan əvvəl

Premyer Liqada qalmağı hədəfləyən “Qəbələ” 30-cu turda “Zirə” ilə qarşılaşacaq.

Bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze bazar günü baş tutacaq oyundan əvvəl dörd futbolçuya xüsusi xəbərdarlıq edib.

Bunlar Eduardo Kunde, Nicat Əliyev, Nuğay Rəşidov və Xayme Syerradır.

Adları çəkilən futbolçular sarı vərəqə sərhədindədir. “Zirə” ilə qarşılaşmada alınacaq daha bir “sarı” növbəti oyunu kənardan izləmək bahasına başa gələcək. Kaxa onlardan diqqətli olmağı tələb edib.

31-ci turdakı rəqib kim olsa yaxşıdır? “Qarabağ”!

Məhz bu qarşılaşmanın ağırlığını nəzərə alan Tsxadadze müdafiəçilərə və müdafiə planlı Xaymeyə son dərəcə diqqətli olmağı tapşırıb.

Mayın 3-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qəbələ” dueli saat 18:30-da start götürəcək.

Mayın 9-da keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu isə saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti