Nikolas Cekson icarə əsasında çıxış etdiyi “Bayern”dən yayda ayrılaraq, “Çelsi”yə qayıdacaq.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi seneqallı hücumçunun transfer hüquqlarını almaqdan imtina edib.
Bununla belə, London klubu da onu heyətə qaytarmağı planlaşdırmır. “Çelsi” forvardın satışından 60 milyon avroya qədər gəlir əldə edə biləcəklərini düşünür.
“Transfermarkt” portalı isə 24 yaşlı oyunçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Cekson cari mövsümdə “Bayern” forması ilə 30 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.

